​AFFA FİFA prezidentliyinə namizədlərlə bağlı qərarını fevralda açıqlayacaq

​AFFA FİFA prezidentliyinə namizədlərlə bağlı qərarını fevralda açıqlayacaq Baş katib 2 namizədlə ünsiyyətdə olduqlarını bildirib
Futbol
28 Yanvar , 2016 15:28
​AFFA FİFA prezidentliyinə namizədlərlə bağlı qərarını fevralda açıqlayacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ AFFA FİFA prezidentliyinə namizədlərlə bağlı son qərarını fevralın 15-dək açıqlayacaq. "Report"un məlumatına görə, bu barədə federasiyanın baş katibi Elxan Məmmədov bildirib.

O, ali futbol qurumunun prezidentlik postuna 5 namizəddən yalnız 2-si ilə ünsiyyətdə olduqlarını söyləyib. Bunlar Şahzadə Əli ibn əl-Husseyn və Canni İnfantinodur: "Şahzadə Əlini çox yaxşı tanıyırıq. Kampaniya və proqramı ilə tanışıq. Telefonla müzakirə aparmışıq. İnfantinonu isə 2010-cu ildən tanıyırıq. Bu yaxınlarda onun iştirakı ilə UEFA-da bir saatlıq təqdimat oldu. Düzdür, Avropa futbol ailəsi onu dəstəkləyir. Amma hər bir milli assosiasiya daxili müzakirələrdən sonra qərarını verəcək".

E.Məmmədov digər 3 namizədin - Şeyx Salman bin İbrahim əl-Xəlifə, Tokyo Seksvale və Jerom Şampanın dəstək üçün müraciət etmədiklərini və onlarla tanış olmadıqlarını söyləyib.

Qeyd edək ki, seçki fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək. Səsvermədə FİFA-nın tərkibinə daxil olan 209 futbol federasiyası iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi