Adil Şükürov: “Kəpəz”də işləyən məşqçi özünü gəncəli kimi hiss edir

Adil Şükürov: “Kəpəz”də işləyən məşqçi özünü gəncəli kimi hiss edir “Kəpəz”də işləyən məşqçi özünü gəncəli kimi hiss edir.
Futbol
28 may 2024 13:09
Adil Şükürov: “Kəpəz”də işləyən məşqçi özünü gəncəli kimi hiss edir

“Kəpəz”də işləyən məşqçi özünü gəncəli kimi hiss edir.

Bunu “Report”a açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis komandanın yeni mövsümə hazırlığı barədə danışarkən, Gəncə təmsilçisində qalıb, işinə davam etmək istədiyini bildirib: “Kəpəz”də qalıb, işləməyi çox istəyirəm. Həm futbolçu, həm də məşqçi kimi bu klubda olmaq mənə çox xoş təsir bağışlayıb. Əlimdə imkanım olsaydı bu klubu çempionluğa daşıyardım. “Kəpəz”də işləyən məşqçi özünü gəncəli kimi hiss edir. İnanın, biz bu mövsüm çox əziyyətlər çəkdik. Komandanın Premyer Liqada qalmasında hər kəsin əməyi oldu. Tək məşqçi və futbolçu heyəti yox, klubun mühafizə xidmətindən tutmuş, xadiməçilərə qədər, hər kəs öz işini layiqincə görür. İnsan bu cün mənzərə qarşısında maddi sıxıntılara görə çox təəssüflənir”.

46 yaşlı çalışdırıcı maliyyə problemlərinin davam etdiyini söyləyib: “Yeni mövsümə hazrlaşmaqda çətinlik çəkirik. Hər kəsə bəllidir ki, klubda maddi problemlər var və bu, hazırlıqlarımıza təsirsiz ötüşmür. Heyətdə olan bütün futbolçuların müqavilə müddəti başa çatıb. Legionerlər klubdan ayrılıb. Yerli futbolçularla isə yeni sözləşmə bağlamaq çətin olacaq. Çünki hər biri istəyir ki, onu qane edən şərtlərlə oynasın. Mən də futbolçu olmuşam, onları çox yaxşı başa düşürəm. İndiki vəziyyətdə gözləməkdən başqa yolumuz yoxdur. Hazırkı futbolçularımızın əksəriyyətinin başqa klublardan təklifləri var. Onların hər biri cari mövsüm qəhrəmancasına mübarizə aparıb, çətin şərtlər altında “Kəpəz”i Premyer Liqada saxlayıblar”.

A.Şükürov sponsor üçün bəzi şəxslərə müraciət olunduğunu deyib:” Müraciətlərimiz bir o qədər uğurlu alınmayıb. Maddi cəhətdən sıxıntılar olduğu üçün yeni transferlər barədə düşünmək olmur. Son 2 ayın maaşları köçməyib, mükafatlardan da bəziləri verilməyib. Dediyim kimi, bu klubdan asılı olan məsələlər deyil. Hər şeyin qaydasında getməsi üçün maliyyə durumu yaxşı olmalıdır”.

Son xəbərlər

Orphus sistemi