Abdullah Zubir "Qarabağ"dan ayrılıb
- 16 avqust, 2026
- 12:33
Abdullah Zubir "Qarabağ"dan ayrılıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2018-ci ilin yayında "Qarabağ"a keçən fransalı yarımmüdafiəçinin istəyi və onun klubda illərlə göstərdiyi xidmətlər nəzərə alınaraq müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Zubir "Qarabağ"da ümumilikdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib.
Qeyd edək ki, Zubir UEFA Çempionlar Liqasının və UEFA Konfrans Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələlərinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.