Nepal yığmasının ​5 futbolçusu danışılmış oyuna görə həbs edilib

Futbol
  • 15 oktyabr, 2015
  • 11:43
Nepal yığmasının ​5 futbolçusu danışılmış oyuna görə həbs edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Nepal polisi ölkə yığmasının sabiq və hazırda komandada çıxış edən 5 futbolçusunu həbs edib. "Report"un məlumatına görə, onlar danışılmış oyunların iştirakında şübhəli şəxs qismində saxlanılıblar.

Tutulanlar kapitan Saqar Thapa, vitse-kapitan Sandip Rai, qapıçı Riteş Thapa, millinin sabiq müdafiəçisi Bikaş Sinq Çhetri, eləcə də adı açıqlanmayan keçmiş futbolçu və məşqçidir. Tutulanlar 2008-ci ildən nəticəsi əvvəlcədən danışılmış oyunlar keçirməkdə ittiham olunurlar. Onlar danışılmış oyunlara görə yerli və xarici bukmeyker kontorlarından bonus alıblar.