2025-ci ildə Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının təqdimat mərasimi keçirilib.
"Report"un məlumatına görə, ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ardınca 2023-cü ilin noyabrında Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin videoçarxı nümayiş olunub.
Gənclər və İdman naziri Fərid Qayıbov son illərdə ölkəmizdə müxtəlif idman növləri üzrə beynəlxalq yarışların keçirildiyini xatırladıb.
Daha sonra Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov 2025-ci ildə dünya çempionatının Baklda keçiriməsi ilə bağlı danışıb.
Ardınca söz Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judaya verilib.
Çıxışlardan sonra isə Orxan Məmmədovla Filip Juda arasında anlaşma memorandumu imzalanıb. Judaya minifutbol üzrə Azərbaycan yığmasının forması təqdim olunub.