Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə ən çox qırmızı vərəqə alan oyunçuları açıqlayıb.
"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, iki müdafiəçi siyahıya başçılıq edir.
Meksikanın "Tixuana" klubunda çıxış edən çilili Nikolas Dias (27 matç) və Argentinanın "Defensa və Xustisiya" komandasından Nazareno Kolombo (45 matç) 4 dəfə meydandan qovulublar.
Dias ilin ən sərt futbolçusu adlandırıla bilər. Çünki o, həmkarından daha az oyun keçirib.