15 yaşlı futbolçu La Liqanın tarixinə düşdü
Futbol
- 25 iyun, 2020
- 06:05
Luka Romero
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Malyorka" klubunun futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb.
"Report"un məlumatına görə, 2004-ci il təvəllüdlü yarımmüdafiəçi İspaniya çempionatında meydana çıxan ən gənc oyunçu kimi rekord müəyyənləşdirib.
Romero XXXI turda "Real Madrid"ə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olub. Meksikalı futbolçu 15 yaş 219-cu günündə La Liqa matçında iştirak edib.
Qeyd edək ki, Luka Romero "Malyorka"nın yetirməsidir. Əvvəlki rekord "Selta"nın sabiq futbolçusu Sansona məxsus olub. İspaniyalı müdafiəçi 1939-cu il dekabrın 31-də "Sevilya"nı 4:1 hesabı ilə yendikləri qarşılaşmada 15 yaş 255 günündə debüt edib.
Son xəbərlər
23:43
Pakistanlı general sabah Tehrana səfər edəcək
Region
23:34
Foto
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Xarici siyasət
23:20
Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb
Region
23:10
Özbəkistanla ABŞ 12 milyard dollarlıq sazişlər imzalayıb
Digər ölkələr
23:00
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
Milli Məclis
22:59
Foto
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Xarici siyasət
22:56
Tramp müşaviri barəsində nüfuz alveri şübhəsi ilə araşdırma başladıb
Digər ölkələr
22:49
Foto
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Xarici siyasət
22:35
Foto
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Xarici siyasət