"Formula 1": "Red Bull" pilotu Bakıdakı ilk sprint yarışının qalibi olub - YENİLƏNİB - 2

"Formula 1": "Red Bull" pilotu Bakıdakı ilk sprint yarışının qalibi olub - YENİLƏNİB - 2 Günün son mübarizəsi saat 17:30-da start götürüb
Formula 1
29 Aprel , 2023 18:07
Formula 1: Red Bull pilotu Bakıdakı ilk sprint yarışının qalibi olub - YENİLƏNİB - 2

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. 

"Report" xəbər verir ki, 17 dövrənin tamamında "Red Bull" pilotu Serxio Peres qalib olub. 

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü yeri tutub. 

Qeyd edək ki, bu il Bakıda ilk dəfə "Formula 1"də sprint yarışı təşkil olunub.

17:53

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı davam edir. 

"Report" xəbər verir ki, doqquz dövrədən sonra "Red Bull" pilotu Serxio Peres liderdir. 

17:30

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları başlayıb.

"Report" xəbər verir ki, günün son mübarizəsi saat 17:30-da start götürüb.

Daha əvvəl "Ferrari"dən Şarl Lekler "Sprint shootout"u ilk pillədə başa vurmuşdu. "Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada olub.

Təsnifatda qəza törədən "Williams"dan Loqan Sarjent bolidi hazır olmadığı üçün sprint yarışına qatılmayıb. "Alpin" qapalı park rejimini pozduğu üçün Esteban Okon pit-leyndən start alıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

İngilis versiyası F1: Sprint race kicks off 

Son xəbərlər

Orphus sistemi