"Formula 1" 2026-cı il dünya çempionatında yeni iştirakçının adını rəsmən təsdiqləyib
Formula 1
- 07 mart, 2025
- 22:38
"Formula 1" 2026-cı il mövsümündən etibarən dünya çempionatında rəsmi olaraq 11-ci komanda kimi "Сadillac"ı təsdiq edib.
“Report” xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
"FIA (Beynəlxalq Avtomobil Federasiyası - red.) və "Formula 1" təsdiq edə bilər ki, bütün müvafiq idman, texniki və kommersiya qiymətləndirmələri başa çatdıqdan sonra "General Motors" və "TWG Motorsports"-un "Cadillac" komandasının 2026-cı ildən "Formula 1" çempionatında iştirak etmək üçün müraciəti təsdiqlənib", - məlumatda deyilir.
Qeyd edək ki, 2026-cı ildə "Andretti" komandası ilə birləşən ABŞ-nin "Cadillac" komandası "Formula 1" pelotonunda 11-ci komanda olacaq.
2025/2026 mövsümündə Azərbaycan Qran-prisi 19-21 sentyabr tarixində keçiriləcək.
Son xəbərlər
13:42
İsrail qırıcıları Livanın cənubunu bombalayıb
Digər ölkələr13:23
Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib
Elm və təhsil13:11
Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib
Xarici siyasət13:02
"Atletiko" Juan Qomesin transferi ilə bağlı danışıqlar aparır
Futbol12:50
Oman sultanı İranın XİN rəhbəri ilə regionda gərginliyin azaldılmasını müzakirə edib
Hadisə12:37
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
Ekologiya12:30
Fidan ABŞ, Pakistan və İran nümayəndələri ilə Tehranla danışıqları müzakirə edib
Region12:12
"Arsenal" Premyer Liqada yeni rekorda imza atıb
Futbol12:08
Video