Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.
"Report" xəbər verir ki, əsas yarış saat 15:00-da başlayacaq.
İlk olaraq "Formula 2"də qalib müəyyənləşəcək. İkinci dərəcəli pilotların mübarizəsi saat 11:25-də start götürəcək.
Daha əvvəl "Formula 1"in sıralama turunda "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər pilotu Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.
"Formula 2"də isə "Prema Racing"dən Oliver Bearman sıralama turunda bütün rəqiblərini qabaqlamışdı.
Azərbaycan Qran-prisində sonuncu günün proqramı
11:25. "Formula 2"də əsas yarış
12:45. Klassik avtomobilllərin paradı
14:46. Dövlət Himni mərasimi
15:00. "Formula 1"də əsas yarış