Zabit Səmədov növbəti qələbəsini qazanıb - VİDEO

Fərdi
  • 13 may, 2017
  • 20:36
Zabit Səmədov növbəti qələbəsini qazanıb - VİDEO
tv85

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 33 yaşlı idmançı belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib.

Gebze İdman Sarayında baş tutan qarşılaşma Zabitin 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb. Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Və hakim qarşılaşmanın Z.Səmədovun xeyrinə dayandırıb.

Zabit Səmədov növbəti qələbəsini qazanıb - VİDEO