Zabit Səmədov "King of Kings" versiyası üzrə Avropa çempionu olub - VİDEO

Zabit Səmədov "King of Kings" versiyası üzrə Avropa çempionu olub - VİDEO İdmançı titulunu fransalı Freddi Kemayo ilə döyüşdə müdafiə edib
Fərdi
31 May , 2018 07:59
Zabit Səmədov King of Kings versiyası üzrə Avropa çempionu olub - VİDEO

Bakı. 31 may. REPORT.AZ/ Mayın 30-da Moskvada kikboksinq üzrə "JARA Fight Show" turniri keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan idmançısı Zabit Səmədov turnirdə fransalı Freddi Kemayoya qalib gələrək "King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanıb.

Səmədov 5 raundun hamısında üstün tərəf olub. Üç hakim birmənalı olaraq ona 50:46 hesablı qələbə verib. Bu onun sayca 99-cu qələbəsi olub.

Döyüş Moskvanın "Vegas City Hall" kompleksində baş tutub.

Son xəbərlər

Orphus sistemi