Zabit Səmədov "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulunu qazanıb - FOTO - VİDEO

Zabit Səmədov "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulunu qazanıb - FOTO - VİDEO O, dünya çempionu titulu uğrunda döyüşdə rumıniyalı rəqibinə qalib gəlib
Fərdi
23 Avqust , 2016 22:03
Zabit Səmədov WBC Muaythai versiyası üzrə dünya çempionu titulunu qazanıb - FOTO - VİDEO

Bakı. 23 avqust. REPORT.AZ/ Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçirilib.

"Report" xəbər verir ki, turnir çərçivəsində "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası Zabit Səmədov "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.

Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb.

Z.Səmədovu zalda Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib.

Döyüş Rusiyanın "Matç TV" və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanıb.

Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma baş tutub: 8 ilkin, 4 əsas və 1 başlıca. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb.

Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında baş tutub və yekunda "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib.

Son xəbərlər

Orphus sistemi