“Yuventus”un futbolçusu koronavirusa yoluxdu

“Yuventus”un futbolçusu koronavirusa yoluxdu İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.
Fərdi
702
12 Mart , 2020 02:22
“Yuventus”un futbolçusu koronavirusa yoluxdu

İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

““Yuventus” klubu bu saatlarda qanunla nəzərdə tutulmuş bütün təcrid prosedurlarını, o cümlədən onunla əlaqə saxlayanların siyahıyaalınmasını həyata keçirəcək” - deyə məlumatda bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi