Azərbaycanın yeniyetmə cüdoçuları Avropa kubokunda 4 medal qazandı - FOTO

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa kubokunda 4 medal qazandı - FOTO Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.
Fərdi
277
1 Mart , 2020 21:36
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa kubokunda 4 medal qazandı - FOTO

Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Oğlanların mübarizəsində Murad Gülməmmədov (-50 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. 60 kq çəki dərəcəsində yarışan Seymur Məcidli bürünc medala layiq görülüb.

Cüdoçu qızlar da Avropa kubokunda iki medal əldə ediblər. Millimizin üzvləri Lətifə Abbasova (-48 kq) və Nərmin Əmirli (+70 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 gümüş, 3 bürünc medala sahib olublar.

Son xəbərlər

Orphus sistemi