Yaşar Bəşirov: "Avropa Oyunlarından Bakıya qələbə ilə qayıdacağımıza inanıram"

Yaşar Bəşirov: "Avropa Oyunlarından Bakıya qələbə ilə qayıdacağımıza inanıram" "Əyarı isə yarışda görəcəyik"
Fərdi
20 iyun 2023 09:07
Yaşar Bəşirov: Avropa Oyunlarından Bakıya qələbə ilə qayıdacağımıza inanıram

"İnanıram ki, Bakıya qələbə ilə qayıdacağıq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Polşada keçiriləcək III Avropa Oyunları ilə bağlı danışarkən deyib.

Funksioner turnirə hazırlıqların pis getmədiyini bildirib: "Kumite növündə ən çox lisenziyanı biz qazanmışıq, 4 kişi və 4 qadın idmançı ilə təmsil olunacağıq. Bu isə o deməkdir ki, federasiyada hərtərəfli iş gedir. Ən azı 3-4 medal götürməyə çalışacağıq. Amma hamısı qızıl ola bilməz. Rəqabət də çox böyükdür. Bizim idmançıları hər kəs tanıyır. Onların lider olduqlarını bilirlər və var gücləri ilə mübarizə aparırlar. İrina Zaretska, Asiman Qurbanlı, Əminağa Quliyev, Mədinə Sadıqova və digərləri medal əldə edə bilərlər. Əyarı isə yarışda görəcəyik".

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi