Xizək yarışı üzrə dördqat olimpiya və 14 qat dünya çempionu Tereza Yohauq idmançı karyerasını bərpa edib.
"Report" NRK-yə istinadən xəbər verir ki, 36 yaşlı idmançı 2025-ci ildə Norveçin Trondheym şəhərində keçiriləcək dünya çempionatında mübarizə aparacaq.
Qeyd edək ki, norveçli xizəkçi 2022-ci ildə karyerasını bitirdiyini açıqlamışdı.