Xaliq Məmmədov: "Vüqar Həşimov hər zaman Vətənini və idman şərəfini layiqincə qoruyub"

Xaliq Məmmədov: "Vüqar Həşimov hər zaman Vətənini və idman şərəfini layiqincə qoruyub" Şəmkir. 18 aprel. REPORT.AZ/ Vüqar Həşimov hər zaman vətənini və idman şərəfini layiqincə qoruyub.
Fərdi
18 Aprel , 2018 21:57
Xaliq Məmmədov: Vüqar Həşimov hər zaman Vətənini və idman şərəfini layiqincə qoruyub
Report

Şəmkir. 18 aprel. REPORT.AZ/ "Vüqar Həşimov hər zaman vətənini və idman şərəfini layiqincə qoruyub".

“Report”un Qərb bürosu xəbər verir ki, bunu "Shamkir Chess 2018" beynəlxalq şahmat turnirinin açılış mərasimində SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov deyib.

O, turnirin sponsoru olmaqda şərəf hissi duyduqlarını və turniri açıq elan etdiyini bildirib:

"Ölkəmizdə şahmata böyük diqqət və maraq var. Şəmkirdə belə bir yüksək səviyyədə superliqanın təşkil olunması ölkə başçısının şahmata olan diqqətinin nəticəsidir. Bizdə SOCAR olaraq hər zaman ölkə idmanına, o cümlədən şahmata dəstək göstəririk. "SOCAR Azərbaycan" şahmat kulubu 2 dəfə Avropa Çempionlar Kubokunu qazanıb. Bu gün də, bu turnirin sponsoru olmaqda şərəf hissi duyuruq və turniri açıq elan edirəm".

Turnir 28 aprel tarixinədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi