Vüqar Həşimovun xatirə turniri bərpa olunur

Vüqar Həşimovun xatirə turniri bərpa olunur 2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb
Fərdi
19 Noyabr , 2021 14:03
Vüqar Həşimovun xatirə turniri bərpa olunur

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat superturniri keçiriləcək.

"Report"un məlumatına görə, Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə baş tutacaq Memorial dekabrın 17-də start götürəcək.

VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Turnirə “Fairmont Baku” hoteli ev sahibliyi edəcək.

İlk dəfə 2014-cü ildə baş tutan Vüqar Həşimov Memorialı ardıcıl 6 il Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub.

2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Qeyd edək ki, Vüqar Həşimov Memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi