Ümumdünya Şahmat Olimpiadası: Millimiz növbəti görüşlərini keçirdi

Ümumdünya Şahmat Olimpiadası: Millimiz növbəti görüşlərini keçirdi Ümumdünya Şahmat Olimpiadasında"Top-divizion"un növbətioyunları keçirilir.
Fərdi
22 Avqust , 2020 17:45
Ümumdünya Şahmat Olimpiadası: Millimiz növbəti görüşlərini keçirdi

Ümumdünya Şahmat Olimpiadasında "Top-divizion"un növbəti oyunları keçirilir.

"Report"un məlumatına görə, B qrupunda mübarizə aparan Azərbaycan millisi onlayn yarışda daha 3 görüşünü başa vurub.

Turnirin ikinci günündə Ukrayna ilə Qazaxıstana uduzan və yalnız Slovakiyanı məğlub edən komanda xallarının sayını 8-ə çatdırıb. 

Yığma ilk gündə Niderland, Macarıstan və Cənubi Afrika Respublikası (CAR) üzərində inamlı qələbə qazanıb. Bu qrupda həmçinin İspaniya, Norveç və Fransa milliləri də yer alıb.

Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə əldə edəcək. 

B qrupunda Macarıstan 10 xalla liderdir. Ukrayna, Qazaxıstan və İspaniyanın 9 xalı var. Azərbaycan millisi 8, Slovakiya 6, Niderland isə 5 xala malikdir. Norveç və Fransanın 2 xalı varsa, CAR-ın isə xalı yoxdur. 

Azərbaycan - Ukrayna - 2,5:3,5

Şəhriyar Məmmədyarov - Vasili İvançuk - 1:0 

Teymur Rəcəbov - Anton Korobov - 0,5:0,5 

Günay Məmmədzadə - Yuliya Osmak - 0:1 

Gülnar Məmmədova - İnna Qaponenko - 0,5:0,5 

Vüqar Əsədli - Kirill Şevçenko - 0:1 

Xanım Balacayeva - Mariya Berdnyk - 0,5:0,5 

Slovakiya - Azərbaycan - 1:5

Viktor Qazik - Şəhriyar Məmmədyarov 0:1

Lubomir Ftaçnik - Rauf Məmmədov 0:1 

Yuliya Movsesyan - Günay Məmmədazadə - 0:1

Syuzana Çibiçkova - Gülnar Məmmədova - 0,5:0,5

Samir Sahidi - Aydın Süleymanlı - 0:1 

Dominika Ferkova - Xanım Balacayeva 0,5:0,5 

Azərbaycan - Qazaxıstan - 2,5:3,5 

Şəhriyar Məmmədyarov - Rinat Cumabayev - 1:0

Teymur Rəcəbov - Rustam Khusnutdinov - 0,5:0,5

Günay Məmmədzadə - Bibisara Assaubayeva - 0,5:0,5

Gülnar Məmmədova - Guliskhan Nakhbayeva - 0:1 

Aydın Süleymanlı - Denis Maxnev - 0:1 

Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. 

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi