Bakı. 2 oktyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VIII turun görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvaviq olaraq, ABŞ və Gürcüstanla üz-üzə gələcək.
7 turdan sonra kişilərdən ibarət yığma Polşa və ABŞ-la birgə hərəyə 13 xalla ilk 3 yeri bölüşür. Qadın millisi isə 11 xalla 8-cidir.
43-cü Ümumdünya Şahmat Olimpiadası
VIII tur
Kişilər
ABŞ - Azərbaycan
Fabiano Karuana - Şəhriyar Məmmədyarov
Uesli So - Teymur Rəcəbov
Hikaru Nakamura - Arkadi Naydiç
Samuel Şanklend - Rauf Məmmədov
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.
Qadınlar
Gürcüstan - Azərbaycan
Salome Meliya - Günay Məmmədzadə
İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova
Sofio Qvetadze - Xanım Balacayeva
Sopiko Xuxaşvili - Gülnar Məmmədova
Məmmədyarova və Məmmədova ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla oynayacaq.
Görüşlər saat 15:00-da start götürəcək.
Qeyd edək ki, ötən tur Azərbaycan komandaları müvafiq olaraq, Çexiya və İtaliya ilə 2:2 hesablı heç-heçə ediblər.