Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gəliblər.
"Report"un məlumatına görə, qarşılaşmalar VIII tura təsadüf edib.
Hər iki millimiz rəqibləri ilə heç-heçəyə razılaşıb - 2:2.
Aydın Süleymanlı - Daniele Vocaturo 0,5:0,5
Nicat Abasov - Lorenzo Lodiçi 0,5:0,5
Rauf Məmmədov - Françesko Sonis 0,5:0,5
Şəhriyar Məmmədyarov - Sabino Brunello -0,5:0,5
Günay Məmmədzadə - Marina Brunello 0,5:0,5
Ülviyyə Fətəliyeva - Olqa Zimina 1:0
Gövhər Beydullayeva - Yelena Sedina 0,5:0,5
Xanım Baladjayeva - Culiya Sala 0:1
Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.
Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.