Yuxarı
    Bağlamaq

    Ukraynalı gimnast Oleq Vernyayev: "Azərbaycan və Rusiyadan bir sıra təkliflər almışam" - VİDEO

    Mən təkcə həmin ölkələrdən deyil, Almaniyadan da təklif almışam

    Bakı. 27 noyabr. REPORT.AZ/ Ukraynalı gimnast, dünya Avropa və Olimpiya çempionu Oleq Vernyayev Rusiyadan, Azərbaycanda vətəndaşlıq, olimpiya oyunlarında bu ölkələri təmsil etmək barədə təklifləri aldığını bildirib.

    "Report" xəbər verir ki, bu barədə o, "NewsOne" telekanalında efirə gedən "Sizin əsəbləriniz sakitdirmi?" proqramında xəbər verib.

    "Mən təkcə həmin ölkələrdən deyil, Almaniyadan da təklif almışam. İndi yenidən bununla bağlı təkliflər gəlir" – deyə o bildirib.

    Lakin idmançı Ukraynada qalmaq istədiyini, bu ölkədə gimnastikanı 10 il bundan əvvəlki kimi səviyyəyə qaldırmağa çalışdıqlarını deyib. O, qeyd edib ki, bir neçə il öncə Ukrayna komandası bütün yarışlarda uğurla çıxış edərək medallar qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi