Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adını qoruyub

Fərdi
  • 12 noyabr, 2018
  • 07:39
Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adını qoruyub

Bakı. 11 noyabr. REPORT.AZ/ Ukraynanın ağır çəki dərəcəsində peşəkar boksçusu Aleksandr Usik britaniyalı rəqibi Toni Bellyunu 8-ci raundda nokauta salaraq mütləq dünya çempionu titulunu qoruyub.

“Report” TASS-a istinadən xəbər verir ki, birinci ağır dərəcədə və eyni anda dörd kəmər - WBO, WBC, WBA və IBF versiyaları üzrə mütləq dünya çempionu adı uğrunda döyüş Britaniyanın Mançester şəhərində keçirilib.

Görüşün sonu Bellyunun ağır zədələnməsi ilə nəticələnib.

Qələbə ukraynalı üçün 16-cı olub. O, peşəkar karyerası ərzində məğlub olmayıb. Bellyunun aktivində 30 qələbə və 3 məğlubiyyət var.

Usik mütləq dünya çempionu adını iyulda rusiyalı Murat Qassiyev üzərində xal hesabı ilə əldə etdiyi qələbə sayəsində qazanıb. Həmin vaxt ukraynalı rinqdəcə Bellyunu döyüşə çağırıb.

44 filmi