UFC döyüşçüsü Kovinqton Nurməhəmmədovu təhqir edib
- 07 oktyabr, 2018
- 17:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 oktyabr. REPORT.AZ/ Qarışıq idman növləri üzrə amerikalı döyüşçü Kolbi Kovinqton yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu irland Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə tənqid edib.
“Report” xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"Həbib Nurməhəmmədov murdar heyvandır. O bu hərəkətləri ilə bizim idman növünü 20 il dala atır", — deyə amerikalı döyüşçü qeyd edib.
Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.
Döyüşdən sonra Nurməhəmmədov rinqdən kənara atılaraq Makqreqorun tərəf müqabili ilə əlbəyaxa olub.