Tomas Bax: İdmançıların 80 faizi "Tokio-2020"dən əvvəl peyvəndlənəcək

Tomas Bax: İdmançıların 80 faizi "Tokio-2020"dən əvvəl peyvəndlənəcək "Bu rəqəmin 80 faizdən çox olacağına əminəm"
Fərdi
19 May , 2021 12:02
Tomas Bax: İdmançıların 80 faizi Tokio-2020dən əvvəl peyvəndlənəcək
Tomas Bax

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 80 faizindən çoxu Yaponiyaya getməmişdən əvvəl koronavirusa qarşı peyvənd olunacaq.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax yarışın Təşkilat Komitəsinin videokonfrans formatında iclasında bildirib.

Onun sözlərinə görə, hazırda olimpiadaya gələcək idmançıların 75 faizi koronavirusa qarşı peyvənd olunur və ya belə fürsətə sahibdir: "Bu rəqəmin 80 faizdən çox olacağına əminəm".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi