Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi müəyyənləşdi - RƏSMİ - YENİLƏNİB

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi müəyyənləşdi - RƏSMİ - YENİLƏNİB Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixini rəsmən açıqlayıb.
Fərdi
30 Mart , 2020 16:21
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi müəyyənləşdi - RƏSMİ - YENİLƏNİB
0 : 00
0 : 00

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixini rəsmən açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Oyunları 2021-ci ildə 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.


*** 15:12

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə 24 avqustda start götürəcək.

Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib.

Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacağı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi