Tokio-2020: Ruslan Lunyov finala yüksələ bilmədi

Tokio-2020: Ruslan Lunyov finala yüksələ bilmədi Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.
Fərdi
24 İyul , 2021 09:40
Tokio-2020: Ruslan Lunyov finala yüksələ bilmədi

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

"Report"un məlumatına görə, 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə isə onun həlledici mərhələyə çıxması üçün yetərli olmayıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiada ilə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi