"Tokio-2020" ilə bağlı son qərar bu tarixdə qəbul ediləcək

"Tokio-2020" ilə bağlı son qərar bu tarixdə qəbul ediləcək Tokio-2020 Yay Olimpiya Oyunlarının taleyi ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək.
Fərdi
5 İyun , 2020 09:24
Tokio-2020 ilə bağlı son qərar bu tarixdə qəbul ediləcək

Tokio-2020 Yay Olimpiya Oyunlarının taleyi ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək. 

"Report"un məlumatına görə, bu barədə Təşkilat Komitəsinin vitse-prezidenti Tosiaki Endo "Kyodo" agentliyinə açıqlamasında deyib. 

Endo bildirib ki, bu, dünyada koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətdən asılı olacaq. Onun fikrincə, ilk növbədə, 2021-ci ilin martında komandaların tərkibi ilə bağlı qərar verməlidirlər. Eyni zamanda, Təşkilat Komitəsi olimpiada ilə bağlı müəyyən qərarlar qəbul edəcək: "Yarışın ləğvi barədə danışmaq hələ tezdir". 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi