"Tokio-2020": Gerisayım ləğv olundu

Fərdi
  • 05 iyun, 2020
  • 08:08
Tokio-2020: Gerisayım ləğv olundu

Yaponiyanın paytaxtı Tokioda keçiriləck Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışın başlanmasına bir il qalmış gerisayımla bağlı tədbiri keçirməkdən imtina edib. 

"Report" yerli NHK telekanalına istinadən xəbər verir ki, qərar "Tokio-2020"nin formatının sadələşdirilməsi və optimallaşdırılması çərçivəsində qəbul olunub.  

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.