Tokio-2020: Daha bir cüdoçumuz mübarizəni dayandırdı

Tokio-2020: Daha bir cüdoçumuz mübarizəni dayandırdı Azərbaycanın daha bir cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
25 İyul , 2021 06:12
Tokio-2020: Daha bir cüdoçumuz mübarizəni dayandırdı

Azərbaycanın daha bir cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 66 kq dərəcəsində Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanovla (Qazaxıstan) üz-üzə gəlib.

Rəqibinə əlavə vaxtda vazari xalı ilə uduzan Səfərov Tokio-2020 ilə vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Kəramət Hüseynov (66 kq) 1/8, Aişə Qurbanlı isə 1/16 final mərhələsində məğlub olub. Tokio-2020-yə avqustun 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi