Tokio-2020: Bu gün Azərbaycanın iki güləşçisi mübarizəyə başlayacaq

Tokio-2020: Bu gün Azərbaycanın iki güləşçisi mübarizəyə başlayacaq Bu gün Azərbaycanın üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.
Fərdi
2 Avqust , 2021 00:38
Tokio-2020: Bu gün Azərbaycanın iki güləşçisi mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

"Report"un məlumatına görə, onlar atıcı Ruslan Lunyov, yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olacaq.

Kiçikçaplı tapançadan kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Lunyov birinci təsnifat mərhələsində 281 xalla 27 idmançı arasında 24-ci yeri tutub. Bu gün ikinci təsnifat mərhələsi və final keçiriləcək. Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək. Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edəcəklər. Hüseynov 1/8 finalda isveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə qarşılaşacaq. Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Manolova isə 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək.

Tokio-2020
2 avqust

Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma

03:30. II təsnifat mərhələsi. Ruslan Lunyov

Yunan-Roma güləşi
77 kq
06:30. 1/8 final. Rafiq Hüseynov - Aleks Kessidis (İsveç)

Qadın güləşi
68 kq
06:30. Elis Manolova - Blessinq Oborududu (Nigeriya).

Son xəbərlər

Orphus sistemi