Tokio-2020: Azərbaycan atleti finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 2

Tokio-2020: Azərbaycan atleti finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 2 Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
625
1 Avqust , 2021 05:52
Tokio-2020: Azərbaycan atleti finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 2

Azərbaycan idmançısı Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, çəkicatma növündə yarışan atlet finala vəsiqə qazana bilməyib.

Bu, B qrupundakı ilk cəhdlərdən sonra gerçəkləşib. 29 yaşlı ukraynalı legioner ən yaxşı 12 atlet arasına düşmək şansını itirib.

O, A qrupunda təsnifat mərhələsini 69,57 metr nəticə ilə 16 idmançı arasında 8-ci sırada başa vurub.

05:00

Azərbaycan idmançısı Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, çəkicatma növündə yarışan atlet üçüncü cəhdində 69,57 metr nəticə göstərib.

29 yaşlı ukraynalı legioner hazırda A qrupunda 16 idmançı arasında 11-ci yerdədir. O, finala vəsiqə qazanmaq üçün ən yaxşı 12 atlet arasına düşməlidir.

Azərbaycan təmsilçisinin həlledici mərhələdə iştirak edib-etməyəcəyi B qrupundakı mübarizədən sonra bəlli olacaq.

04:44

Azərbaycan idmançısı Anna Skidanın Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparır.

"Report"un məlumatına görə, çəkicatma növündə yarışan atletin ikinci cəhdi uğursuz alınıb.

29 yaşlı ukraynalı legioner ilk cəhdində 67,93 metr nəticə göstərib. O, hazırda A qrupunda 16 idmançı arasında 11-ci yerdədir.

Skidan finala vəsiqə qazanmaq üçün ən yaxşı 12 atlet arasına düşməlidir.

04:25

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Anna Skidan çəkicatma növündə yarışa qoşulub.

Təsnifat mərhələsində A qrupunda qərarlaşan atlet ilk cəhdində 67,93 metr nəticə göstərib. O, hazırda 9-cu pillədə qərarlaşıb.

29 yaşlı ukraynalı legioner finala vəsiqə qazanmaq üçün ən yaxşı 12 idmançı arasına düşməlidir.

Son xəbərlər

Orphus sistemi