Tokio-2020: Azərbaycan paralimpiadada ilk gümüş medalını qazanıb

Tokio-2020: Azərbaycan paralimpiadada ilk gümüş medalını qazanıb Azərbaycanın para-atletləri Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb
Fərdi
1296
31 Avqust , 2021 15:14
Tokio-2020: Azərbaycan paralimpiadada ilk gümüş medalını qazanıb
Lamiyə Vəliyeva

Azərbaycanın para-atleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.

"Report"un məlumatına görə, o, 100 metr məsafəyə qaçışda gümüş medala sahib olub.

Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib. Bu, Azərbaycanın paralimpiadada qazandığı ilk gümüş medaldır.

Digər para-atletlərdən Yuliya Yanovskaya 12,30 saniyə ilə 4-cü, Yelena Çebanu isə 12,41 saniyə ilə 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

Son xəbərlər

Orphus sistemi