Tofiq Musayevin çıxış etdiyi Qran-priyə Azərbaycanın daha bir döyüşçüsü dəvət alıb

Tofiq Musayevin çıxış etdiyi Qran-priyə Azərbaycanın daha bir döyüşçüsü dəvət alıb Azərbaycanın daha bir MMA döyüşçüsü Rizin Qran-prisində iştirak edəcək.
Fərdi
3 Fevral , 2020 14:06
Tofiq Musayevin çıxış etdiyi Qran-priyə Azərbaycanın daha bir döyüşçüsü dəvət alıb

Azərbaycanın daha bir MMA döyüşçüsü Rizin Qran-prisində iştirak edəcək.

"Report"un məlumatına görə, Rizin Döyüş Federasiyası Vüqar Kərəmovla da müqavilə imzalayıb. Keçirdiyi 17 döyüşün 14-də qələbə qazanan və 3-də məğlub olan “Vuqi” ləqəbli idmançının ilk rəqibi Quam təmsilçisi Kayl Aquon olacaq. Görüşün fevralın 22-də Yaponiyanın Hamamatsu şəhərindəki eyniadlı arenada keçirilməsi planlaşdırılır.

Aquon indiyədək 21 döyüşünün 13-də qələbə qazanıb, 8-də isə uduzub.

Qeyd edək ki, Vüqar Kərəmov daha öncə “Bellator”da mübarizə aparıb. Azərbaycanın digər MMA döyüşçüsü Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin qalibi olub. 

Son xəbərlər

Orphus sistemi