Tofiq Musayevin "Bomba" ləqəbli idmançı ilə görüşü baş tutmayıb - FOTO

Tofiq Musayevin "Bomba" ləqəbli idmançı ilə görüşü baş tutmayıb - FOTO Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin “Bellator”dakı rəqibi dəyişib.
Fərdi
18 İyul , 2022 10:54
Tofiq Musayevin Bomba ləqəbli idmançı ilə görüşü baş tutmayıb - FOTO

Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin “Bellator”dakı rəqibi dəyişib.

Şəxsi məşqçisi Ruslan Əfəndiyevin "Report"a verdiyi məlumata görə, Musayev bu turnirdə debütünü "Bomba" ləqəbli italyan əsilli amerikalı Adam Pikkolotti ilə etməli idi.

Lakin döyüş rəqibin zədələnməsi üzündən baş tutmayacaq. Bu səbəbdən, 33 yaşlı idmançı "Bellator"dakı debüt döyüşündə ABŞ-ın digər təmsilçisi Sidney Autlo ilə qarşılaşacaq. Amerikalı idmançı indiyədək 16 döyüşdə qalib gəlib, 4-də uduzub.

İyulun 22-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək "Bellator-283" turnirində Musayev oktaqona 12-ci çıxacaq. Bu, gecənin sondan ikinci döyüşü olacaq. Turnirin əsas qarşılaşması isə braziliyalı Duqlas Lima ilə yamaykalı Ceyson Cekson arasında baş tutacaq.

Qeyd edək ki, 18 qələbə və 4 məğlubiyyəti olan Tofiq Musayev aprelin 22-də Zak Zeynlə döyüşdə “Bellator”da debüt etməli olsa da, rəqibinin koronavirusa yoluxması səbəbindən həmin görüş baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi