"Öncə ölkə prezidenti
"Report"un məlumatına görə, bu sözləri Yaponiyanın Saitama şəhərində MMA üzrə "“Rizin Gran Prix 2019” turnirində qalibi gələrək dünya çempionu olan Tofiq Musayev Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında deyib.
Revanş döyüşünə də hazır olduğunu açıqlayan dünya çempionu hələlik belə bir təklif almadığını bildirib: "Biz ölkəmizi təmsil edirik. Buna görə də məsuliyyət daha da artır. Hələ ki, revanş döyüşü ilə bağlı hər hansı təklif olmayıb. Belə bir təklif olarsa, revanş döyüşünə də hazıram. Məlum olduğu kimi Patriki Freyre ilə yarımfinal döyüşündə sağ əlim qırılmışdı. Zədəli şəkildə döyüşü davam etdirdim və qalib gəldim. Hazırda isə əlimin sağalması üçün həkimlərlə işlər aparılır. Artıq bizə UFC-dən də təkliflər var. Ancaq bəzi məsələlərə görə bu barədə fikirləşmək lazımdır".
Qeyd edək ki, Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin həlledici görüşündə “Pitbull” ləqəbli braziliyalı Patrik Freireni məğlub edib.
Vüsal HÜSEYN