Çempionlar Turu: Teymur Rəcəbovun ilk 3 mərhələdən qazancı bəlli oldu
Fərdi
- 15 fevral, 2021
- 05:43
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsindəki qazancı bəlli olub.
"Report"un məlumatına görə, 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyən 34 yaşlı qrossmeyster 8 500 ABŞ dolları qazanıb.
"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30 000 dollar əldə edib. İkinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15 min dollar götürüb.
Teymur Rəcəbov Çempionlar Turunun "Airthings Masters" adlı II mərhələsinin qalibi kimi 60 000 dollar, "Skilling Open" adlı I mərhələsində 6-cı yeri tutduğu üçün isə 5 000 dollar qazanıb.
Son xəbərlər
01:14
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
Xarici siyasət01:05
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan göndərib
Region00:46
UEFA Millətlər Liqası: Türkiyə millisi Fransa yığmasına uduzub
Futbol00:35
Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət00:30
Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
Xarici siyasət00:08
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol23:58
ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
Digər ölkələr23:36
Malidə daşqınlar səbəbindən 13 nəfər ölüb
Digər ölkələr23:24