Teymur Rəcəbov: "Qarabağ Azərbaycandır!"

Teymur Rəcəbov: "Qarabağ Azərbaycandır!" Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir.
Fərdi
2 Oktyabr , 2020 11:38
Teymur Rəcəbov: Qarabağ Azərbaycandır!
Teymur Rəcəbov

"Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün şəxsi "Instagram" səhifəsində payılaşıb.

Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 33 yaşlı qrossmeyster Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınadığını vurğulayıb: "Erməni işğalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər"!

Rəcəbov sonda isə "Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq"! yazıb.

Son xəbərlər

Orphus sistemi