Teymur Rəcəbov Millətlər Kubokunda çətinlik çəkdiyini etiraf etdi

Fərdi
  • 08 may, 2020
  • 05:16
Teymur Rəcəbov Millətlər Kubokunda çətinlik çəkdiyini etiraf etdi
Teymur Rəcəbov

"Gözəl oyunlar, çoxlu mübarizə oldu". 

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov Onlayn Millətlər Kubokunun 5-6-cı tur qarşılaşmaları barədə şəxsi "Twitter" hesabında yazıb. 

33 yaşlı qrossmeyster uzun fasilədən sonra yenidən təzyiqin olduğunu bildirib. Rəcəbov onlayn şahmata uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib: "Vaxt idarəetməsi pisdir. Klassik şahmat rejimində oynayırıq. Uyğunlaşmaq lazımdır. Bunun üçün praktika, praktika və praktika toplamalıyam. 2021-ci ilə doğru formama qayıdacağıma inanıram". 

Qeyd edək ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması V turda Avropa yığmasına (1.5:2.5), VI turda isə Çinə (0,5:3,5) uduzub. Azərbaycanlı şahmatçı hələ ki, onlayn yarışda qələbə qazana bilməyib.  

Son xəbərlər

Bütün Xəbər Lenti