Teymur Rəcəbov: "Dünya çempionluğunun öz üstünlükləri var"

Teymur Rəcəbov: "Dünya çempionluğunun öz üstünlükləri var" Bakı. 22 aprel. REPORT.AZ/ Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində IV tura start verilib.
Fərdi
22 Aprel , 2018 17:39
Teymur Rəcəbov: Dünya çempionluğunun öz üstünlükləri var

Bakı. 22 aprel. REPORT.AZ/ Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində IV tura start verilib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.

Ağ fiqurlarla mübarizə aparan Rəcəbov mətbuat konfransında oyunu haqqında danışıb: "Oyun haqqında çox danışa bilmərik. Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Əgər gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdur. Fikrimcə, yarışda əsas mübarizə qarşıdadır".

ShamkirChess 2018 superturnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi