Təsnifat turniri: Güləşçimiz bürünc medal qazandı

Təsnifat turniri: Güləşçimiz bürünc medal qazandı 22 yaşlı idmançının 3-cü yer uğrunda rəqibi finlandiyalı Tapani Heyno olub
Fərdi
125
7 May , 2021 18:16
Təsnifat turniri: Güləşçimiz bürünc medal qazandı
Abubakr Abakarov

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq-da mübarizə aparan 22 yaşlı idmançının rəqibi finlandiyalı Tapani Heyno olub.

Rəqibinə 8:3 hesabı ilə qalib gələn Abakarov 3-cü yeri tutub.

Azərbaycanın digər sərbəst güləşçisi Georgi Edişeraşvili (57 kq) isə zədə səbəbindən Taras Markoviçlə (Ukrayna) bürünc medal görüşünə çıxmayıb.

Qeyd edək ki, hər iki güləşçi finala yüksələ bilmədikləri üçün olimpiadaya lisenziya qazanmayıb.

Son xəbərlər

Orphus sistemi