Tanınmış idmançı Malayziyada ölümcül qəza keçirib
Fərdi
- 13 yanvar, 2020
- 09:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya reytinqində ilk pillədə qərarlaşan badmintonçu Kento Momota Malayziyadakı turnirdən sonra qəza keçirib.
"Report" "Agence France-Presse"ə istinadən xəbər verir ki, hadisə 26 yaşlı idmançının “Masters” seriyalı yarışdakı qələbəsindən sonra baş verib. Momotanın hava limanına getdiyi mikroavtobus yük maşını ilə toqquşub.
Badmintonçunun burnu sınıb və üzündə kəsiklər əmələ gəlib. Məşqçilər, nümayəndələr və digər idmançılar yüngül xəsarətlər alıblar. Sürücü isə hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Kento Momota 2018 və 2019-cu illərdə həm Asiya, həm də dünya çempionu olub.
Son xəbərlər
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol