“Synergy Baku” kontinental velosiped komandası fəaliyyətini dayandırıb

Fərdi
  • 04 dekabr, 2018
  • 08:52
“Synergy Baku” kontinental velosiped komandası fəaliyyətini dayandırıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” fəaliyyətini dayandırıb.

Bu barədə “Report”a Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) məlumat verilib. Komandanın işinə maddi problemlərə görə son verdiyi bildirilir. 2013-cu ildə təsis edilən “Synergy Baku” iki dəfə “Tour d`Azerbaidjan”ın və bir sıra beynəlxalq yarışların qalibi olub. 

Qeyd edək ki, AVİF-in prezidenti keçmiş vergilər naziri Fazil Məmmədovdur.