Stolüstü tennisçilər arasında ölkə turnirinə start verilib
Fərdi
- 23 dekabr, 2023
- 13:18
Yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə start verilib.
“Report” xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər.
Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və daha kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivliləri üzə çıxarmaq məqsədi daşıyır.
Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.
Son xəbərlər
18:23
"Mançester Yunayted" klubu Karl Darlounun transferini açıqlayıb
Futbol18:15
Hakan Fidan BMT Baş katibi ilə regional məsələləri müzakirə edib
Region18:13
Foto
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir
Xarici siyasət18:09
Foto
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələri müzakirə olunub
Xarici siyasət17:56
"Kəpəz" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib
Maliyyə17:49
Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb
Biznes17:45
Mourinyo Vinisiusu "Real"da qalmağa razı salmaq istəyir
Futbol17:39
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib
Hadisə17:37