Stiven Smit: "Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir"

Stiven Smit: "Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir" Böyük Britaniya səfirliyi Azərbaycan Qran Prisi çərçivəsində bir sıra tədbirlər keçirəcək
Fərdi
26 Aprel , 2018 16:29
Stiven Smit: Böyük Britaniya Azərbaycanda Formula 1 yarışlarının keçirilməsinə böyük önəm verir
Report/ Elshan baba

Bakı. 26 aprel. REPORT.AZ/ "Böyük Britaniya Azərbaycanda "Formula 1" yarışlarının keçirilməsinə böyük önəm verir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Energetika, ticarət və investisiya şöbəsinin rəhbəri Stiven Smit deyib.

O qeyd edib ki, Böyük Britaniyada bu yarışlara olan marağı nəzərə alaraq səfirlik "Formula 1"in Bakıda keçirildiyi müddətdə ilk dəfə təbliğat tədbirləri həyata keçirəcək: "Formula 1" çərçivəsində bir sıra tədbirlər, o cümlədən moda nümayişləri keçirəcəyik. Belə tədbirlərin ölkələrimizin imicini artıracağını hesab edirəm".

Böyük Britaniyanın səfirliyi bu aksiya çərçivəsində üç tədbir təşkil edəcək: Fashion Roundtable, UK Exellence Seminar və Fashion Show.

Xatırladaq ki, Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi