Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün ABŞ-ın Sent-Luis şəhərində "Sinquefield Cup" superturnirinin VI turu keçirilib.
“Report” xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb.
Partiya heç-heçə başa çatıb.
Digər qarşılaşmaların nəticələri:
Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya) – 1:0
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
Xikaru Nakamura (ABŞ) – Levon Aronyan (Ermənistan) – 0,5:0,5
Aleksandr Qrihuk (Rusiya) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5
Uesli So (ABŞ) – Vişvanatan Anand (Hindistan) – 0,5:0,5
Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində təmiz liderliyə yüksəlib. İkinci-beşinci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (2,5 xal) və Nakamura (2) qərarlaşıb, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.
Şənbə günü keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşacaq.