"Shamkir Chess 2017" superturnirinin püşkü atılıb

"Shamkir Chess 2017" superturnirinin püşkü atılıb Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi və reytinq favoriti Uesli Soya, Teymur Rəcəbov ukraynalı Pavel Elyanova rəqib olub
Fərdi
20 Aprel , 2017 19:34
Shamkir Chess 2017 superturnirinin püşkü atılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2017" superturnirinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, ilk turda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayacaq.

Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi və reytinq favoriti Uesli Soya, Teymur Rəcəbov ukraynalı Pavel Elyanova rəqib olub.

1. Radoslav Voytaşek (Polşa) - 10. Vladimir Kramnik (Rusiya)

2. Veselin Topalov (Bolqarıstan) - 9. Maykl Adams (İngiltərə)

3. Uesli So (ABŞ) - 8. Şəhriyar Məmmədyarov (Azərbaycan)

4. Sergey Karyakin (Rusiya) - 7. Pentala Harikrişna (Hindistan)

5. Pavel Elyanov (Ukrayna) - 6. Teymur Rəcəbov (Azərbaycan)

Qeyd edək ki, turnir aprelin 21-də saat 15:30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində start götürəcək. 

Son xəbərlər

Orphus sistemi