Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirində bu gün son turun görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, IX tur formal xarakter daşıyacaq. Bu, norveçli dünya çempionu Maqnus Karlsenin dördüncü dəfə turnirin qalibi adını sona bir tur qalmış qazanması ilə əlaqədardır.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı David Navara ilə üz-üzə gələcək.
"ShamkirChess 2019"
IX tur
9 aprel
Maqnus Karlsen (Norveç) - Alekandr Qrişuk (Rusiya)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)
Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan)
Dinq Liren (Çin) - Aniş Giri (Hollandiya)
David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan)
Bütün görüşlər saat 14:00-da başlanacaq.
Qeyd edək ki, 8 turdan sonra 6 xala malik Maqnus Karlsen ən yaxın izləyiciləri Aleksandr Qrişukla Sergey Karyakini 1,5 xal geridə qoyur. Vişvanatan Anand, Veselin Topalov, Dinq Liren və Teymur Rəcəbov 4 xalla 4 - 7-ci yerlərdədirlər. David Navara 3,5 xalla 8-ci, Şəhriyar Məmmədyarov 3 xalla 9-cu, Aniş Giri isə 2,5 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.