"ShamkirChess 2018" superturnirində III tura yekun vurulub

"ShamkirChess 2018" superturnirində III tura yekun vurulub İlk 2 turda olduğu kimi, yenə bütün görüşlərdə qalib müəyyənləşməyib
Fərdi
21 Aprel , 2018 22:10
ShamkirChess 2018 superturnirində III tura yekun vurulub

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün III turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, ilk 2 turda olduğu kimi, yenə bütün görüşlərdə qalib müəyyənləşməyib.

Azərbaycan təmsilçilərindən Rauf Məmmədov nörveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Tərəflər arasında mübarizə taxta üzərində yalnız şah fiquru qalanadək davam edib. 51-ci gedişə təsadüf edən bu hal heç-heçəni şərtləndirib. Teymur Rəcəbov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olub. Görüş 40-cı gedişdə "sülh"lə yekunlaşıb.

Şəhriyar Məmmədyarov isə ağ fiqurlarla Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşıb. Tərəflər 39-cu gedişdə heç-heçəyə razılaşıblar.

Turun nəticələri:

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Qeyd edək ki, 3 turdan sonra 10 iştirakçının hamısının aktivində 1,5 xal var.

Son xəbərlər

Orphus sistemi